TASS xəbər verir ki, xarici işlər nazirinin müavini, Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib ki, iyunun 21-də Astanada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək.
“Rusiyadan böyük bir nümayəndə heyəti Astanaya yollanır. İyunun 21-də xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş olacaq”, – deyə Boqdanov bildirib.
Qazaxıstanda keçiriləcək görüşdə müzakirə olunacaq əsas mövzulardan biri də Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair yol xəritəsi layihəsi olacaq. Boqdanov qeyd edir ki, bu layihə artıq hazırdır və Türkiyə tərəfinə baxılması üçün təklif olunacaq.

























