image-2000x150px
image-123
image-ads_atlas
image-70-pic_32ratio_900x600-900x600-67016-1backend

Rusiya Xarici İşlər Nazirliyi İŞİD-in Əfqanıstanda törətdiyi terror aktını pisləyib

image-728x90px

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Federasiyası oktyabrın 13-də “İslam Dövləti” beynəlxalq terror təşkilatı tərəfindən Əfqanıstanda şiə azlığına qarşı törədilən terror aktını qətiyyətlə pisləyir.

Müvafiq bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Terror aktı Əfqanıstanın Puli Xumri şəhərində şiə məscidində baş verib. Partlayış nəticəsində 17 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Zaxarova Rusiya hakimiyyəti adından bütün həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

“Biz İŞİD-in məzhəb nifrətini qızışdırmaq və Əfqanıstanda vəziyyəti sabitsizləşdirmək məqsədi daşıyan hücumunu qeyri-insani və əsassız hesab edirik”, – diplomat bildirib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki