image-2000x150px
image-123
image-ads_atlas
image-s300_nigel_casey_photo-pic_32ratio_900x600-900x600-87462backend

Rusiya Xarici İşlər Nazirliyi Keysinin Böyük Britaniya səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

image-728x90px

Rusiya tərəfi Böyük Britaniya səfirliyinə Naycel Filip Keysinin Moskvadakı yeni səfir vəzifəsinə namizədliyinin məqbul olduğu barədə məlumat verib.

Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, diplomatik praktikaya uyğun olaraq, yazda Britaniya tərəfi Naycel Filip Keysinin Böyük Britaniyanın Rusiya Federasiyasındakı səfiri təyin edilməsinə razılıq almaq üçün Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.

“Lazımi prosedurlar tamamlandıqdan sonra Böyük Britaniyanın Moskvadakı səfirliyinə namizədliyin məqbul olduğu barədə məlumat verilib”, – nazirlik qeyd edib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki