image-n1karobka_ads
image-123
image-shutterstock_674788267-pic_32ratio_900x600-900x600-53290backend

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna ilə NATO arasında əməkdaşlığın nəticələrindən danışıb

image-ad_qayo_720x110px

Kiyevin NATO ilə əməkdaşlığı Ukrayna böhranının həllini təxirə salır.

Doğru.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.

“Kiyev rejimi ilə NATO arasında bugünkü sıx əməkdaşlıq bizi sülhə yaxınlaşdırmır, əksinə böhranın həllini təxirə salır”, – diplomat bildirib.

O, qeyd edib ki, əgər Qərb Kiyev üçün təhlükəsizlik təminatlarına əhəmiyyət versə, Ukrayna üçün neytral status əldə etməyə çalışacaq.

“1990-cı illərdən biz bu aqressiv hərbi blokun sərhədlərimizə doğru irəliləməsinə qarşı çıxmışıq”, – deyə Polişçuk bildirib. Onun sözlərinə görə, Qərbə çoxlu variantlar təklif edilib, lakin onların hamısına məhəl qoyulmayıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki