image-2000x150px
image-123
image-ads_atlas
image-rian_6231328-hr-pic905-895x505-27412backend

Rusiya Xarici İşlər Nazirliyi Zelenskini başsız atlı ilə müqayisə edib

image-728x90px

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Çexiya prezidenti Petr Pavelin ukraynalı həmkarı Vladimir Zelenski haqqında söylədiyi sözlərə ironiya ilə reaksiya verib.

O, Telegram kanalında Ukrayna liderini başsız atlı ilə müqayisə edib.

“Çexiya prezidenti: “Zelenski daim təzyiq altındadır və bizdən hər hansı biri onun yerində olsaydı, ondan daha tez-tez başımızı itirərdik”. Başsız NATO atlıları”, – Zaxarova yazıb.

Pavelin Zelenskinin vəziyyəti ilə bağlı ifadəsi sentyabrın 21-də Ukrayna liderinin Ukraynadan taxıl idxalına qadağa qoyan Avropa ölkələrini tənqid etməsi fonunda ortaya çıxıb. Çexiya Prezidenti vurğulayıb ki, siyasətçinin sərt bəyanatları hərfi mənada qəbul edilməməlidir. Söhbət xüsusilə Zelenskinin Polşaya hücumlarından gedir.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki