image-2000x150px
image-123
image-ads_atlas
image-lacin-post-12backend

Rusiya XİN İlham Əliyevin Laçın dəhlizi ilə bağlı bəyanatına reaksiya verdi…

image-728x90px

Məlum olduğu kimi, Prezident İlham Əliyev öz çıxışlarında, yerli və xarici mediaya müsahibələrində dəfələrlə rəsmi Bakının sülhməramlı kontingentin məsuliyyət zonasında yerləşən ərazilərə səfərlərlə bağlı Rusiya tərəfinə iradlarını çatdırıb.

“Laçın dəhlizi bizim nəzarətimizdədir. <…> Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”, – İlham Əliyev  yanvarın 12-də yerli telekanallara müsahibəsi zamanı Fransa prezidentliyinə namizəd Valeri Pekresin  Qarabağa səfərini şərh edərkən belə deyib.

Ermənistanın  “Aravot” qəzeti  Azərbaycan dövlət başçısının sözügedən açıqlamaları ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə sorğu ilə müraciət edib.

Rusiya Xarici İşlər Nazirliyi öz cavabında xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq qoşunların təmas xəttinin perimetri boyunca və Laçın dəhlizində yerləşdirilib. .

Qeyd olunur ki, sözügedən bəyanatın 6-cı bəndinə əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir. Azərbaycan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin dəhlizin hər iki istiqamətində hərəkətinin təhlükəsizliyinə təminat verir.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinə yaxşı məlum olan xarici ölkə vətəndaşları və beynəlxalq təşkilatlar da daxil olmaqla, sülhməramlı əməliyyat zonasına səfər etmək qaydasını müəyyən edib. O cümlədən Rusiya sülhməramlılarına belə səfərlər barədə ağlabatan müddətdə və lazımi qaydada məlumat verilməsi nəzərdə tutulub”, – erməni nəşrinin  Rusiya Xarici İşlər Nazirliyinin cavabından gətirdiyi sitatda belə deyilir.(moderator.az)

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki