Rusiya gözləyir ki, Yaponiya Fukusima AES-dən suyun axıdılması məsələsində tam açıqlıq nümayiş etdirəcək və nümunələrin götürülməsinə icazə verəcək.
RİA Novosti Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Çumakovun sözlərinə istinadən xəbər verir.
BMT Baş Assambleyasının iclasında diplomat bildirib ki, Rusiya Yaponiya tərəfinin “Fukusima-1” AES-dən okeana su tökməsi prosesindən sonra yaranmış vəziyyəti diqqətlə izləyir.
“Ümid edirik ki, Tokio bu prosesin ətraf mühitin vəziyyətinə təsiri ilə bağlı tam şəffaflıq nümayiş etdirəcək və maraqlı dövlətləri bütün lazımi məlumatlarla təmin edəcək, həmçinin onlara atqı sahəsində nümunələr götürmək imkanı verəcək. “dedi Çumakov.
Mənbə: RİA Novosti