image-2000x150px
image-123
image-ads_atlas
image-1319191-580xpbackend

Rusiyada koronavirusla bağlı pozitiv xəbər

image-728x90px

Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyət sabitləşib.

Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun İnfeksion xəstəliklər həkimi Natalya Pşeniçnaya “RİA Novosti”yə müsahibəsində bildirib.

“Rusiyadakı vəziyyət hazırda sabitləşib. Keçən ilin dekabr ayının sonundan etibarən xəstəliyin azalma tendensiyası açıq şəkildə müşahidə olunur”, – Pşeniçnaya qeyd edib.

Mütəxəssis 15 gün ərzində COVID-19-a gündəlik yoluxma hadisələrinin sayının gündə 11 mindən çox olmadığını vurğulayıb. Onun sözlərinə görə, qoruyucu tədbirlərə riayət etmək, geniş peyvənd kampaniyası və xəstəlikdən sonra bəzi insanlarda anticismlərin olması vəziyyətin sabitləşməsinə kömək edib.

Qeyd edək ki, Rusiya 4 428 239 yoluxma ilə ölkələr arasında dördüncüdür. oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki