NATO-nun baş katibi Mark Rutte iyulun 14-15-də ABŞ-a səfər edəcək.
Doğru.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Rutte ABŞ-ın sabiq prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Konqres üzvləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, bir müddət əvvəl Mark Rutte Donald Trampı niyə “ata” adlandırdığını izah etmişdi.
DOĞRU.AZ