image-2000x150px
image-123
image-ads_atlas
image-sbackend

Saakaşvilinin orqanizmində civə və qurğuşun aşkar edilib

image-728x90px

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin analizlərində civə, mərgümüş (arsen), tallium, qurğuşun, vismut və barium aşkar edilib.

Dekabrın 19-da Gürcüstanın Empati Tibb Mərkəzinin rəhbəri Mariam Cişkariani jurnalistlərə bildirib ki, siyasətçinin ciddi diaqnozlarının əksəriyyəti zəhərlənmə ilə bağlı ola bilər.

“Mixail Saakaşvilinin qanında, saçında və dırnaqlarında civə, mərgümüş, tallium, qurğuşun, vismut və barium aşkar edilib. Çox güman ki, biz naməlum, mürəkkəb kimyəvi və ya radioaktiv birləşmə ilə üzləşmişik”, – deyə o, bəyan edib.

Cişkariani əlavə edib ki, Saakaşviliyə təcili olaraq orqanizmini təmizləmək lazımdır, lakin onun sözlərinə görə, Gürcüstan tibb müəssisələrində belə bir proseduru etmək mümkün deyil.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki