image-2000x150px
image-123
image-ads_atlas
image-1703858898-1691128388-1466285backend

Sabah 4 rayonda qaz olmayacaq

image-728x90px

Sabah Ucar və Zərdab rayonlarının, Beyləqan və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb Göyçay rayonunun bir hissəsini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülərək köhnə xətlərin ləğv edilməsi, “Beyləqan” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində filtrin quraşdırılması və “Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” magistral qaz kəmərində nasaz siyirtmələrin dəyişdirilməsidir.

Bununla əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək “Ucar”, “Lək”, “Zərdab”, “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından ,“Göyçay 2” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən, saat 10:00-da isə “Beyləqan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki