image-2000x150px
image-123
image-ads_atlas
image-2517369-1backend

Sabah hava necə olacaq

image-728x90px

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 15-18, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki