image-2000x150px
image-123
image-ads_atlas
image-25494_11eqpkrz2cbackend

Sabah ilin sonuncu Günəş tutulması hadisəsi olacaq

image-728x90px

Dekabrın 4-də (sabah) cari ilin son Günəş tutulması baş verəcək.

Doğru.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Günəş tutulması hadisəsi saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

Tam tutulma Antarktidada müşahidə olunacaq. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə ediləcək.

Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki