image-n1karobka_ads
image-123
image-423105864_281911674745769_9209594177362919078_nbackend

Sabah toyu olacaqdı, qəzada öldü

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi bilinib.

“Qafqazinfo”un xəbərinə görə, qəza zamanı ölən şəxs Şəki rayonunun Böyük Dəhnə kənd sakini 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayevdir.

Yaxınlarının sözlərinə görə, Elnur Abdullayev nişanlı imiş və Şəkiyə toyu ilə əlaqədar gedirmiş. Sabah onun qız toyu keçiriləcəkdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki