“TRThaber” məlumat verir ki, V. Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş İstanbulda baş tutacaq.

Xəbərdə həmçinin qeyd olunur ki, sabah Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının doqquzuncu iclası keçiriləcək.

Şuranın toplantısı çərçivəsində iki ölkə arasında müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələləri müzakirə edəlicək.

Toplantıda həmçinin Krım tatar xalqının yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlik ortaq layihələr barədə də fikir mübadiləsi aparılacaq.

DOĞRU.AZ