image-2000x150px
image-123
image-ads_atlas
image-b968d88b-9dac-4f2e-a78e-d07d2c80c6a7_850backend

Sabahın hava proqnozu AÇIQLANDI

image-728x90px

Avqustun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-28, gündüz 34-38, Bakıda gecə 26-28, gündüz 36-38 dərəcə olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 27-28, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki