image-2000x150px
image-123
image-ads_atlas
image-weather_bulvar_-081218-1backend

Sabahın hava proqnozu açıqlanıb

image-728x90px

Oktyabrın 25-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütünundan 767 mm civə sutununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz: Oktyabrın 25-də gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxta 3°-dək isti, gündüz 3-5° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki