image-n1karobka_ads
image-123
image-1699162460_3backend

Sabirabadda oğurluqda şübhəli bilinənlər saxlanılıb – FOTO

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən Nahid Quliyev və Vüsal Şıxəliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Doğru.az-a verilən məlumata görə, araşdırmalar zamanı onların 6 təsərrüfatdan 37 baş iri və xırdabuynuzlu heyvan oğurladıqları müəyyən edilib. Bundan əlavə, onların Kürdəmir və Hacıqabul rayonları ərazisində də analoji faktlar törətdikləri məlum olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə rayonun Yastıqobu kənd sakini Habil Abuşov və oğlu Ramin saxlanılıblar. Onların yaşadığı evdən 27 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolu götürülüb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.

DOĞRU.AZ

image-17162652671792664326_1200x630 image-1716265267212319710_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki