image-2000x150px
image-123
image-ads_atlas
image-63e0999447b2b63e0999447b2c167566376463e0999447b2963e0999447b2abackend

Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfərə gedib – FOTO

image-728x90px

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Qahirə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Misir Senatı sədrinin müavini Fibi Favzi, Baş katibin müavini Mohamed Jahin, Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Misir Ərəb Respublikası Senatının və Nümayəndələr Palatasının sədrləri, bu ölkənin Baş naziri və Ərəb Parlamentinin nümayəndələri ilə bir sıra görüşləri gözlənilir.

 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki