image-2000x150px
image-123
image-ads_atlas
image-1660947610_indir-3backend

Şahzadə Diananın sevimli avtomobili hərraca cıxarılacaq…

image-728x90px
“Özlüyündə bu nəqliyyat vasitəsi kifayət qədər sadədir, amma Kral ailəsinə məxsus olması avtomobili tamamilə başqa səviyyəyə yüksəldir…”
Nə zamansa şahzadəh Dianaya məxsus 1985-ci il istehsalı olan, 132 at gücünə malik qara Ford Eskort RS Turbo avtomobili hərraca çıxarılıb.
Ekspertlərin ilkin dəyərləndirməsinə görə, avtomobil 56, 6 min dollara satıla bilər.
 Bu barədə “Hypebae” nəşri məlumat verib.
“Silverstone Auctions” hərracında avqustun 27-də şahzadə Diananın sürücünün xidmətindən imtina edərək, 1985-1988-ci illərdə Londonun küçələrində öz oğulları Uilyam və Harri ilə adətən arxa oturacaqda gəzən unikal avtomobil satılacaq.
Maraqlıdır ki, “Ford” şirkəti “Eskorts” modelini istisnasız olaraq ağ rəngdə buraxıb, lakin istisna olaraq istehsal xəttində üç avtomobil qara rəngə boyanıb: biri şahzadə Diana, ikisi onun mühafizəsi üçün.
Nəticədə cəmi iki il kifayət edib ki, “Ford Escort  RS2 Turbo” Böyük Britaniyada ən çox satılan avtomobilə çevrilsin.
“Qəlbinin dərinliyində şahzadə Diana adi şəhər qızı olub, mağazalara ziyarətə və ya rəfiqələri ilə lanç görüşlərinə, öz avtomobilinin sükanı arxasında gəzintilərə, ola bilsin ki, o, öz personasına və “Rolls-Royce”-u yanlardan müşayiət edən polis ekipajına diqqətdən yayınmaq kimi baxıb”, – hərracın saytında deyilir.
“Reeman Dansie” hərrac evinin nümayəndəsi Lyuis Rabett qeyd edib ki, özlüyündə bu nəqliyyat vasitəsi kifayət qədər sadədir, lakin Kral ailəsinin birinci sahibəsinə məxsus olması “avtomobili tamamilə başqa səviyyəyə yüksəldir”.
Diana Spenserin bir neçə müxtəlif dərəcədə sevilən və sevilməyən avtomobili olub.
1981-ci ilin yayında şahzadə Çarlz nişan mərasiminə 79 at gücünə malik gümüşü “Ford Escort Ghia” sedanı hədiyyə edib.
Dörd ildən sonra Diana onu parlaq-qırmızı Escort kabrioletinə dəyişmək qərarına gəlib, lakin Kral təhlükəsizlik xidməti şahzadənin üstü açıq model maşında gəzməsindən heç də rahat olmayıb.
O zaman Kral ailəsi və ictimai xadimlərin mühafizəsi üzrə icraiyyə komitəsi “Ford” şirkətinə müraciət edərək, üç unikal qara idman maşınının buraxılması barədə razılığa gəlib.
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki