image-n1karobka_ads
image-123
image-44322-pic_32ratio_1200x800-1200x800-67591backend

Şakira və Tom Kruz arasında romantik şayiələr alovlanır

Kolumbiyalı müğənni Şakira və amerikalı aktyor Tom Kruz arasında romantika şayiələri yaranıb.

Bu barədə Daily Mail məlumat yayıb.

46 yaşlı Şakira və 60 yaşlı Tom Kruz Mayamidə keçirilən Formula 1 Qran Prisində birlikdə görüntüləniblər. Müğənni dekolteli dar köynək və idman şalvarı, aktyor isə ağ polo köynək və sürməyi cins şalvar geyinib. Nəşrin jurnalistləri qeyd ediblər ki, Kruz və Şakiranın yarışları birlikdə izləyib, söhbət edib və fotoqraflara poza veriblər. Cütlüyün ortaq şəkilləri mediada dərc edildikdən sonra internet istifadəçiləri Şakira və Tom Kruzun münasibət qurduğunu irəli sürdülər.

Mənbə: A Haber

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki