image-n1karobka_ads
image-123
image-w_1417099811005430711840_1200x630backend

Şamaxıda palçıq vulkanı püskürüb FOTO

Şamaxıda palçıq vulkanı püskürüb.

AZƏRTAC xəbər verir ki, təbiət hadisəsi rayonun Məlikçobanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, vulkan püskürməsindən öncə ərazidə uğultu səsi eşidilib. Sonra yerin dərinliyindən çıxan lava müəyyən ərazidə torpağın üz səthinə yayılıb.

Palçıq vulkanı təxminən 10-15 metr hündürlüyə püskürüb. Belə vulkanlar üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb.

Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir.

DOĞRU.AZ

image-w_141709980604155615028_1200x630 image-w_1417099806043376835215_1200x630 image-w_141709980604651978932_1200x630 image-w_1417099806045297432601_1200x630 image-w_1417099811003710311035_1200x630 image-w_1417099811005430711840_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki