image-2000x150px
image-123
image-ads_atlas
image-1559887021_zel1backend

Şamaxıda yenə zəlzələ oldu

image-728x90px
Şamaxı rayonunda gün ərzində növbəti zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Hit.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4.5-ə bərabər olub. Zəlzələ episentrdə 4 bala qədər hiss edilib. Xatırladaq ki, bu gün yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda – Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Noyabrın 20-də Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda – Şamaxı rayonu ərazisində zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  Hit.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:46-da qeydə alınıb. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki