Yaponiyada Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiçi səs çoxluğu ilə ölkənin 104-cü baş naziri seçilib. Beləliklə, o, Yaponiyanın tarixində ilk qadın baş nazir olub.
Doğru.az xəbər verir ki, Takaiçi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin tərəfdarı kimi tanınır. O, həmçinin fövqəladə hallar zamanı ABŞ nüvə silahından istifadəyə icazə verilməsi ilə bağlı debatlarda israrlı mövqeyi ilə seçilir.
Siyasətçi hesab edir ki, Yaponiya artıq hərbi keçmişinə görə üzr istəməyə ehtiyac duymur. Qeyd edək ki, Takaiçi 2022-ci ildən Rusiyanın cavab sanksiyaları siyahısındadır.
Xatırladaq ki, bir neçə saat əvvəl Yaponiyanın keçmiş baş naziri Şiqeru İşiba hökumətinin istefaya getdiyi barədə məlumat yayılmışdı.
DOĞRU.AZ