Rosaviatsia rəsmi nümayəndəsi Artem Korenyako bildirib ki, Saratovdakı Qaqarin hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
“Saratov (Qaqarin) hava limanında Moskva vaxtı ilə saat 07:50-də təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb”, – o , Teleqram kanalında yazıb.
Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib, Rosaviatsia vurğulayıb.
Aprelin 18-də səhər saatlarında Saratovdakı Qaqarin hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
DOĞRU.AZ