image-2000x150px
image-123
image-ads_atlas
image-seventimes_b32572589408aef47d85ab0215e1158c_zutxbvoqhwng8kc1rj53-768x403backend

Seçiciləri bu deputata şeir həsr etdilər.”Yolun düşsə Siyəzənə birdə gəl.Vaxtın olsa gecə saat 1 də gəl” – VİDEO

image-728x90px

54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən seçilmiş deputat Sadiq Qurbanova seçiciləri şeir həsr edib.

7Times.az həmin şeiri sizə təqdim edir.

——————————————

Yolun düşsə Siyəzənə birdə gəl

Verdiyin vədələr dildə qalıbdır.

Son gəlişin ötən ildə qalıbdır.

Seçicilər gözü yolda qalıbdır.

Son qoymaqçün bu hicrana dərdə gəl

Yolun düşsə Siyəzənə birdə gəl

—————————————-

Döyüş bitib müharibə sovuşub

Millətimiz qələbəyə qovuşub

Kədər sevinc bir-birinə qarışıb

Heç olmasa xeyrdə gəl şərdə gəl

Yolun düşsə Siyəzənə birdə gəl

—————————————–

Seçki vaxtı seçiciyiə baxılır

Seçiləndən sonra hamı yox olur

Deputatsan gündüz işin çox olur

Vaxtın olsa gecə saat 1 də gəl

Yolun düşsə Siyəzənə birdə gəl

—————————————–

İstəmirik bizə hesab verəsən

İnsaf olsa bizə cavab verəsən

Seçki deyil bizə kabab verəsən

Heç olmasa daminoya nərdə gəl

Yolun düşsə Siyəzənə birdə gəl

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki