image-2000x150px
image-123
image-ads_atlas
image-k6wqwbgf4bbzharh5qr3t6j6zsa9b4thidu3bxee_640backend

Sədr: “Avropa İttifaqı rəsmisinin Azərbaycanla bağlı bəyanatı ikrah doğurur”

image-728x90px

“Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik xidmətinin mətbuat katibinin bəyanatı Azərbaycanın daxili işinə qarışmaq və məhkəmə hakimiyyətinin müstəqilliyini şübhə altına almaq cəhdidir. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizlə bu şəkildə təhdid və şantaj dilində danışmaq yolverilməzdir”.

Bu sözləri Oxu.Az-a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, saxta ittihamlarla Azərbaycanı hədəf seçmək, ölkəmizə guya insan hüquqları sahəsində dərs keçmək istəyi Avropa İttifaqının köhnə yaramaz adətidir:

“Ümumiyyətlə, Aİ Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün mandat və səlahiyyəti haradan aldığını izah etməlidir.

Digər yandan, on illərdir Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalan, tarixi-mədəni irsinə qarşı vandalizm törədilmiş yüz minlərlə azərbaycanlının taleyi ilə bağlı bir dəfə də olsun əməli addım atmayan, soydaşlarımıza qarşı törədilmiş cinayətləri görməzdən gələn Avropa İttifaqının indi ölkəmizə insan haqları ilə bağlı məsləhət verməsi ikrah doğurur.

İkili standartlara əsaslanan bu yanaşma Avropa İttifaqının özü üçün ali dəyər hesab etdiyi insan hüquqları fəlsəfəsinə ziddir. Bu cür təxribatçı yanaşma eyni zamanda bölgədə davamlı sülhün əldə olunması üçün aparılan fəaliyyəti tamamilə əngəlləməyə hesablanıb”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki