image-2000x150px
image-123
image-ads_atlas
image-img_5250backend

Şəhid ailələri və qazilər üçün bayram tədbiri – FOTOLAR

image-728x90px

Naftalanda “08 Noyabr – Zəfər Günü” münasibəti ilə Şəhid ailələri və qazilər üçün  bayram  tədbiri təşkil olunub. Tədbirdə ŞİH-nin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.

Çıxış edən natiqlər qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni qəsbkarlarlarının işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət göstərən ordumuz gücünü bütün dünyaya göstərdi.

Çay süfrəsi arxasında davam edən tədbirdə mügənnilərin ifasında vətənpərvərlik ruhunda mahnılar dinlənilmişdir. Həmçinin, uşaqlar üçün xüsusi əyləncəli proqramlar hazırlanmışdır.

Tədbir iştirakçıları ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse – prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda  uşaqlarla birlikdə Zəfər tortu kəsilmişdir.

Tədbir ŞİH-nin təşəbbüsü və  “Gold Naftalan” Sanatoriya Kompleksinin dəstəyi ilə keçirilib.

DOĞRU.AZ

image-img_5250 image-img_5271 image-img_5239 image-anons-img_5232

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki