image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-4backend

Şəhid olan Azərbaycan çempionunun doğum günüdür – FOTO/VİDEO

image-728x90px

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının doğum günüdür.

Şəhidimiz 1993-cü il fevralın 23-də Bakı şəhərində anadan olub.

O, 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub və 2009-cu ildə məktəbi bitirib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb.

Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb.

M.Qasımlı 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.

Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.

O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki