image-2000x150px
image-ictimai_e1df28f62c81de9a3b2e2a98b219d157_f29u5i04scnkqatr7pyo-620x460-1backend

Şəhid övladları üçün bayram tədbiri keçirilib

image-728x90px

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2-ci Qarabağ müharibəsi dövründə müharibə iştirakçılarına, qazilərimizə və şəhidlərimizə hər zaman diqqət və qayğını davam etdirməkdədir.

Bu istiqamətdə olan növbəti layihə Yeni il və dünya Azərbaycanlıların həmrəyliyi günü bayramları münasibətilə Şəhid övladları üçün təşkil edilən bayram şənliyi oldu.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli şəkildə keçirilməsi, onlar üçün əlamətdar günlərdə bayram tədbirlərinin təşkil olunması, cəmiyyətin onların hər zaman yanında olduğunu göstərmək, xalqımızın hər zaman həmrəylik dəyərlərinə sadiq olduğunu nümayiş etdirməkdir.

Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən qurumaların və qadın sahibkarların dəstəkləri ilə keçirilən tədbirdə 15 ailədən olan 25 şəhid övladları üçün müxtəlif əyləncələr, yarışlar və oyunlar keçirilmişdir. Tədbirin ilk hissəsində “Barbarisso” Uşaq Gözəllik mərkəzi tərəfindən iştirakçıların saç kəsimi və digər bəzək işləri aparılmış, daha sonra əyləncə tədbiri təşkil olunmuşdur. Tədbirin sonunda şəhid övladının hər birinə hədiyyələr verilib.

Ümumilikdə bayram tədbirinin keçirilməsi istiqamətində aşağıda qeyd olunan bir sıra şirkətlər və sahibkarlar dəstək olub.

AQSİA və onun üzvləri

“Barbarisso” uşaq salonu

“Sirius” futbol komandası

“Bigben”  uşaq bağçası

“HAK Media” şirkəti

“Unity Company” şirkəti

“Mini banbini” bağçası

“Flanel” qadın geyim mağazası

“Ləzzət” şirniyyat evi

“Lepka art” şirkəti

“Karvan L” şirkəti

“Miras” qızıl şirkəti

“Sultan Səba” şirkəti

Müxtəlif sahələrdə fəaliyyət göstərən qadın sahibkarlar

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki