image-2000x150px
image-123
image-ads_atlas
image-159a4688backend

Şəhid övladlarından Ali Baş Komandana səmimi dəstək – FOTO/VİDEO

image-728x90px

Azərbaycanda keçiriləcək Prezident seçkiləri ərəfəsində Vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin övladları İlham Əliyev cənablarına öz dəstəklərini hazırladıqları musiqi parçası ilə ifadə ediblər.

Şəhid övladları “Şuşam” xorunun solistləri ilə birgə ötən prezident seçkilərində sözləri Cəlal Qurbanova, musiqisi Eldar Mansurova aid Prezidentliyə namizəd İlham Əliyevə həsr olunmuş “Səninlədir yolumuz!” mahnısını Tural Məmmədlinin yeni oranjemanında səsləndiriblər.

Mahnı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov sosial şəbəkə hesabında ifanın ərsəyə gəlməsində “Şuşam” xorunun bədii rəhbəri və dirijoru əməkdar müəllim Təranə Yusifovaya ,” Fire Land Group”un və Şahdağ Resortun əməkdaşlarına təşəkkür edib və Azərbaycan xalqının bu seçkilərdə də öz doğru və layiqli seçimini edəcəyinə əmin olduğunu bildirib: “Cənab İlham Əliyev xalqının hər bir vətəndaşına, ilk növbədə isə şəhid ailələrinə daim diqqət, qayğı və sevgisi ilə seçilib. Şəhid ailələri, şəhid balaları bu sevgini üzərilərində daim hiss ediblər.

Elə bu ifada da həmin sevgini hiss etməmək mümkün deyil. Allah böyük Zəfəri bizə bəxş etdiyinə görə qəhrəman şəhidlərimizə rəhmət etsin və xalqımızı bu Qələbəyə addım-addım yaxınlaşdıran, məcburi köçkünlərimizin 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yolu daim açıq olsun!”

DOĞRU AZ

image-159a4647image-159a4613 image-159a4688

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki