image-n1karobka_ads
image-123
image-nz9yqzoa1yjcqbjkrojotigb5fjzm8y3qpo8oduubackend

Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir – YENİLƏNİR + FOTO/CANLI YAYIM

Şəhid Şəhriyar Əlibəylinin xatirəsinə ehtiramla yaşadığı bina sakinləri eyvanlardan bayraqlar asıblar.

Şəhidin cənazəsi yaxın dəqiqələrdə dəfn üçün yaşadığı evdən çıxarılacaq.

Qeyd edək ki, dəfn mərasimi İkinci Fəxri xiyabanda baş tutacaq.

10:10

Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəhriyar Əlibəylinin vida mərasiminə gəliblər.

  1994-cü il təvəllüdlü şəhid Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi davam edir.

09:08

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.

Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki