image-ads_n1karobka_mobile
image-1678079583_photo_5202209980172845826_wbackend

Şəhid Şəhriyar Əlibəylinin nəşi evinə gətirildi – FOTO 

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş-leytenant Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir.

Şəhidin nəşi hazırda Bakı şəhərində yerləşən MİDA yaşayış kompleksindəki evinə gətirilib.

Bu barədə məlumat BAKU.WS-in “Qaynar xətti”nə daxil olub.

Xatırladaq ki, Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub. Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər.

Baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki