image-2000x150px
image-123
image-ads_atlas
image-musa_quliyevbackend

Şəhidlərimizin çiyinləri üzərində Vətən bütövləşdi – Musa Quliyev

image-728x90px

“27 Sentyabr Azərbaycanın yeni tarixinin başlandığı gündür. Bu gün ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını qurban verən şəhidlərimizin, qazilərimizin qəhrəmanlığının zirvəsi günüdür. Məhz bu gündən başlayaraq 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə şərəfli anlar kimi yazılıb. Biz torpaqlarımızı azad etdik, 30 illik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü təmin etdik və işğalçı ermənilərə tarixi dərs verdik”.

Bunu  Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, bu şanlı tarix milli birliyimizin ən yüksək zirvədə ifadəsi idi ki, bu gün Prezidentin qüdrətli əllərində Azərbaycan bayrağı Qarabağın və Şərqi Zəngəzurun ən uca zirvələrində dalğalanır:

“Qələbənin formulu lider, millət və ordudan ibarətdir. Yəni xalqın birliyi, liderin öndərliyi və ordumuzun qəhrəmanlığı bizi bu günlərə gətirib çıxardı. 2 il bundan öncə təkcə Azərbaycanın yeni tarixi yazılmadı, həm də bölgənin yeni dövrü başladı. Regionun titul xalqı kimi Azərbaycan və Türkiyə önə çıxaraq bütövlükdə bölgə dövlətlərinin iqtisadi əməkdaşlığı, tərəqqisi, sülh və birgəyaşayışın təmin olunması üçün çox ciddi addımlar atdı. Bunlar hamısı 27 sentyabrdan başlayan şərəfli tarixdir.

Şəhidlərimiz, itkilərimiz oldu. Allah şəhidlərimizə rəhmət etsin, onların ailələrinə bir daha səbir diləyir, qazilərimizə can sağlığı arzulayırıq. Bütün dünya tarixi göstərir ki, şəhid vermədən millət millət olmur, qaziləri, qəhrəmanları olmayan xalqın sabahı və gələcəyi də olmur. Ona görə də biz bu günümüzlə fəxr edirik. Bu gün həm də bizim qürur günümüzdür. Çünki qəhrəman şəhidlərimizin çiyinləri üzərində Vətən bütövləşdi, millət özünü yenidən dərk etdi və qəhrəman tarixini yada salaraq təkrarlamış oldu”.

M.Quliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin liderliyi ilə 10 noyabrda imzalanan üçtərəfli bəyanatın bütün müddəaları icra olunmaqdadır:

“Erməni tərəfinin müxtəlif bəhanələrlə bəzi müddəalardan yayınması, o cümlədən Zəngəzur dəhlizinin açılması, sərhədlərin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, demarkasiya və delimitasiya prosesinə başlanılması, qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması an məsələsidir. Hesab edirəm ki, bu ilin sonuna qədər bütün məsələlər həll olunacaq və Azərbaycanın böyük inkişaf tarixi başlayacaq. Biz bütün bunlara görə bu günə, ərazi bütövlüyümüzün təmin olunması uğrunda həyatlarını qurban verən şəhidlərimizə, qazilərimizə, rəşadətli Azərbaycan Ordusuna borcluyuq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki