image-2000x150px
image-123
image-ads_atlas
image-sehiye_nazirliyi_1backend

Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib – FOTO

image-728x90px

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib.

Bu barədə Doğru.az-a Nazirlikdən bildirilib.

Qeyd edilib ki, aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 101 il keçir.

Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanını ziyarət edib, onun məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Həmçinin, görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Akademik Zərifə xanım Əliyevanın tədqiqatları və alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində mühüm mərhələ təşkil edir. Azərbaycan oftalmologiya elmini dünyada tanıtdıran Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib.

DOĞRU.AZ

image-17142939133128942479_1200x630 image-171429391388948940_1200x630 image-17142939131461446752_1200x630 image-17142939132877949151_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki