image-n1karobka_ads
image-123
image-img-20211013-wa0028backend

Şəmkir Gənclər Evi mülki şəhidlərimizin ailəsini ziyarət edib – FOTO

11 oktyabr tarixində Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsi tərəfindən Gəncə terroru zamanı həyatlarını itirmiş Anar Əliyev və onun yoldaşı Nurçin Əliyevanın məzarları ziyarət olunub, məzarları önünə tər güllər düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Sonra isə Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları mülki şəhidlərimizin ailələrinə baş çəkib, onlara dəstək olublar. Hər iki valideynini itirmiş 9 yaşlı Hüseyn Əliyevə müəssisə tərəfindən məktəbli çantası və lazım olan bir sıra ləvazimatlar hədiyyə olunub.

Qeyd edək ki, mülki şəhidlərimizin ailəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəzarətə götürülüb.

DOĞRU.AZ

image-img-20211013-wa0029 image-img-20211013-wa0030 image-img-20211013-wa0028

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki