image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210623-wa0016backend

Şəmkirdə “QALA” restoranının sahibi Tural Zeynalov həbs edilib

image-728x90px

Şəmkir rayonunda yerləşən “Qala” restoranının sahibi,iş adamı Tural Zeynalov polis tərəfindən saxlanılıb.

Doğru.az saytı Tural Zeynalovun qardaşı Vüsal Zeynalova istinadən bildirir ki, restoranda polisin apardığı əməliyyat zamanı Tural Zeynalov və atası Allahverdi Zeynalov döyülərək xəsarət alıb.

Vüsal bəy əlavə olaraq qeyd edib ki, Tural Zeynalov hər zaman qanunlara hörmət edən dövlətinin yanında olan xeyriyyəçi iş adamı olub. Şəmkir polis şöbəsinin rəis müavini Elşən Süleymanov ondan restoran ilə bağlı əsassız yerə rüşvət tələb edib.

Tural Zeynalov həmin rüşvəti vermədiyinə görə ona qarşı hüquqi qaydaları pozaraq bele bir məkrli əməliyyat təşkil olunub. Eyni zamanda onun sözlərinə görə, iddialar əsassızdır Qala restoranında toy məclisi keçirilməyib.

Elşən Süleymanov öz əməliyyat qrupu ilə restoranın qapılarını qıraraq ora daxil olub hər kəsi bibər qazı ilə zəhərləyiblər. Xəsarət alanlar içərisində şəhid ailəsidə olub. Şəhid ailəsi polisə ciddi narazılığını bildirəndə polisin müqaviməti ilə üzləşib.

Hadisə vaxtı restoranda ailəsi ilə istirahət edən şəxslər polisin əssasız müqaviməti ilə bağlı şikayət ərizələrini yazıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki