image-2000x150px
image-123
image-ads_atlas
image-534ee903-9c60-3247-8cc2-9ce54b972c4c_850backend

Sentyabrın son gününün HAVA PROQNOZU

image-728x90px

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 14-16, gündüz 17-19, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütuna yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimal və şərq rayonlarında güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 17-22, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki