image-2000x150px
image-123
image-ads_atlas
image-levonbackend

Separatçıların keçmiş “komandir”i saxlanıldı

image-728x90px

Azərbaycanın Xankəndi şəhərindəki separatçıların keçmiş “komandir”i Levon Mnatsakanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “general”a yaxın mənbə açıqlayıb.

Xatırladaq ki, ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki