Serbiyanın dövlət investisiyalar naziri Darko Qlisiç avqustun 5-də Pink telekanalının səhər proqramının canlı yayımı zamanı insult keçirib.
Doğru.az xəbər verir ki, yayımla bağlı görüntülərdə Qlisiçin danışmaqda çətinlik çəkdiyi və üzünün bir hissəsinin uyuşduğu görünür.
Aparıcılar əvvəlcə vəziyyəti anlamasalar da, nazirin təcili xəstəxanaya yerləşdirilməsi lazım gəlib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Serbiya prezidenti Aleksandr Vuçiç də dərhal xəstəxanaya gələrək Qlişiçi ziyarət edib. Qeyd edək ki, Vuçiç mayın əvvəlində səhhətində problem səbəbindən ABŞ səfərini yarımçıq dayandırmış, hazırda isə özünü yaxşı hiss etdiyini açıqlamışdı.
DOĞRU.AZ