image-ads_n1karobka_mobile
image-rian_3302030-hr-pic905-895x505-3972backend

Serbiyadan olan yük maşını sürücüləri Kosovonun girişində yolları bağlayıblar

Kosovo hökumətinin Serbiyadan malların çatdırılmasına qadağa qoyması səbəbindən bir neçə gündür Jarinje keçid məntəqəsində dayanan Serb dövlət nömrə nişanlı yük maşını sürücüləri Kosovska-Mitrovitsa-Raska yolunu bağlayıblar.

Bu barədə “Kosovo Online” portalı məlumat yayıb.

Portalın məlumatına görə, Kursumlija şəhərindən olan 30-a yaxın yük maşını da Rudare kəndində Niş-Priştina avtomobil yolunu bağlayıb. Maşınları, avtobusları buraxırlar, amma Kosovo nömrəli yük maşınlarını buraxmırlar.

Kosovo Online-ın qeyd etdiyi kimi, yollar Kosovonun qeyri-alban əhalisi ilə həmrəylik və Priştina hakimiyyətinin serb nömrəli yük maşınlarının ölkəyə girişini qadağan etmək qərarına etiraz əlaməti olaraq bağlanıb.

“İnsanlar Kosovo və Metohiyadakı vəziyyətdən qəzəblənirlər və bu yolla biz Serbiyanın cənubundakı bu əyalətdəki qeyri-alban xalqı ilə həmrəyliyimizi nümayiş etdirmək istəyirik. Nə qədər lazımdırsa, burada qalacağıq”, – yük maşını sürücülərindən birinə sitat gətirilib.

Mənbə: Haber Global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki