image-2000x150px
image-123
image-ads_atlas
image-13628006_1257106394313526_569024037_n-1backend

Sərhəd problemini həll etmək lazımdır”

image-728x90px

“Ermənistanın Azərbaycana qarşı təxribatları uğursuz nəticələnəcək”.

Doğru.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə verdiyi müsahibəsində Ermənistanın sərhəddə həyata keçirdiyi ən son təxribatlardan danışarkən deyib.

“Sərhəd problemini həll etmək, birgə komissiya yaratmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət prinsipinə uyğun olaraq delimitasiya prosesinə başlamaq lazımdır. Bu prosesin başlaması ilə sərhəddəki gərginlik azalacaq”, – deyə nazir qeyd edib.

XİN rəhbəri, həmçinin Azərbaycan və Türkiyə Prezidentlərinin regionda sabitliyin və inkişafın təmin edilməsi məsələləri ilə bağlı konstruktiv çağırışlarını da xatırladıb: “Ankara və Bakının dinc çağırışlarına cavab vermək İrəvanın işidir. Ümid edirik ki, Ermənistan tərəfi düzgün seçim edəcək”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki