image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_10768924_m-2015backend

Sərnişinlərin həyatını heçə sayan koronaviruslu taksi sürücüsü aşkar edildi

image-728x90px
Hacıqabulda taksi fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi müəyyən edilib.

Daxili İşlər Nazirliynin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Elçin Qəhrəmanovun koronavirus testinin nəticəsi pozitiv olduğu halda, karantin qaydalarını pozaraq, müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

E.Qəhrəmanov rayon ərazisində özünə məxsus VAZ-2107 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib, onun fəaliyyəti dayadırılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Onun avtomobilinə müştəri kimi əyləşən və onunla yaxın təmasda olan şəxslərin müvafiq tibb mərkəzinə müraciət etmələri tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki