image-2000x150px
image-123
image-ads_atlas
image-009907-pic905-895x505-80599backend

Səudiyyə Ərəbistanı və Kanada diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər

image-728x90px

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi iki ölkənin Kanada ilə birlikdə səfir mübadiləsinə qərar verdiyini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik departamentin “Twitter” səhifəsində bildirilib.

“Hər iki tərəfin qarşılıqlı hörmət və ümumi maraqlar əsasında diplomatik münasibətləri bərpa etmək istəyi ilə Kanada ilə diplomatik münasibətlərin səviyyəsini bərpa etmək qərarına gəlinib”, – deyə ərəb diplomatik agentliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud və Kanadanın baş naziri Castin Trüdo APEC-in 2022-ci ilin noyabrında keçiriləcək sammiti çərçivəsində diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki