image-2000x150px
image-123
image-ads_atlas
image-444444444445backend

Səylərin birləşdirilməsi tələbə çevrilir – NİHAD PƏNAHOV

image-728x90px

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, nüfuzu ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının say və təmsilçilik səviyyəsində də özünün aydın ifadəsini tapır. Müxtəlif ölkələrin təmsilçilərinin Azərbaycanda bir araya gələrək dünyanı narahat edən məsələləri müzakirə etmələri bir tərəfdən ölkəmizin sabitlik məkanı kimi nüfuz qazanmasından, digər tərəfdən isə hər bir sahədə təkmil təcrübəyə malik olmasında, reallığa əsaslanan yanaşmaları ilə mövcud problemlərin həllinə dəstəyindən irəli gəlir.  Prezident İlham Əliyev hər çir çıxışında bu çağırışı edir ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumu da bu kimi məqamların təqdimatında böyük önəm kəsb edir. Forumda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Bu mötəbər tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu. Qlobal Bakı Forumunun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Prezident İlham Əliyev Forumdakı çıxışına məhz bu minnətdarlıqla başladı: “Əvvəlcə mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) İdarə Heyətinin üzvlərini nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqa və cənab Serageldinə liderlik keyfiyyətlərinə, Mərkəzin inkişafına töhfələrinə və Qlobal Bakı Forumunun aparıcı beynəlxalq forumlardan birinə çevrilməsi ilə bağlı mühüm nailiyyətlərinə görə xüsusi minnətdarlığımı bildirirəm.” Azərbaycanın yerləşdiyi coğrafi məkan ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçılarının say tərkibində, eyni zamanda, təmsilçiliklərində əhəmiyyətli rolunu oynayır. Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanıb. X Qlobal Bakı Forumunun iştirakçılarının çıxışlarında da ölkəmizin bu mövqeyinə bir daha işıq salındı. BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos “Gözəl Bakı şəhərində, Azərbaycanda, Odlar Yurdunda, – necə ki siz adlandırırsınız, – olmaqdan çox şadam. Çünki bu ölkə bizə enerji verir, bizi ilhamlandırır. Necə ki, biz bunu dahi şair və filosof Nizami Gəncəvinin yaradıcılığında görmüşük. Təbii ki, Sizinlə keçirilmiş dünənki görüş bizdə böyük təəssürat yaratdı. Bundan sonra da Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın genişləndirilməsini səmimiyyətlə arzulayıram. Hörmətli dostlar, belə bir mötəbər auditoriyada olmaqdan çox şadam. Burada dünyanın ən təcrübəli insanları toplaşıblar” fikirləri ilə həm Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olmasını, həm də Forumun əhəmiyyətini açıqladı.  Dövlət başçısı İlham Əliyevin çıxışında hər bir fikri gələcəyə yönələn bir çağırış kimi dəyərləndirildi. Günümüzün əsas məsələlərindən biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Hər bir hədəf, çağırışın özündə ehtiva etdiyi ümid səylərin birləşdirilməsini daim bir tələbə çevirir.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

 

 

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki