Çin prezidenti Si Cinpin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekində görüş keçirirlər. Görüş Xalq Məclisləri Evində baş tutur.
Doğru.az xəbər verir ki, bir gün əvvəl Lavrov çinli həmkarı Vanq Yi ilə danışıqlar aparıb. Tərəflər Rusiya və Çin liderləri arasında planlaşdırılan görüşə hazırlıq məsələlərini müzakirə ediblər.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Pekin arasında yüksək səviyyəli səfərlərin davam edəcəyini açıqlamışdı.
DOĞRU.AZ

























