Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə döyüşlərinə hazırlığını təhlükəsizliyin təmin olunması baxımından əsas prioritet adlandırıb.
Doğru.az xəbər verir ki, dövlət başçısı nüvə alimləri və texniki ekspertlərlə görüşündə bildirib ki, Şimali Koreyanın nüvə hazırlığının artırılması respublikanın təhlükəsizlik mühitinin qorunması və dövlətin gələcəyi üçün “ən düzgün seçimdir”.
Daha əvvəl Kim Çen In KXDR-də “gizli silah” hazırladığını açıqlamışdı. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi CTBT-nin qüvvəyə minməsi ilə bağlı Şimali Koreyaya qarşı ittihamları rədd edib.
DOĞRU.AZ