image-ads_n1karobka_mobile
image-19-pic_32ratio_900x600-900x600-76979backend

Sinqapur hava limanı polis robotlarını patrul etməyə başlayıb

Sinqapurda kordon üzvləri kimi çıxış edəcək və hadisələr zamanı yoldan keçənləri xəbərdar edəcək polis robotlarından ibarət donanmanı istifadəyə verməyə başlayıblar.

Doğru.az xəbər verir ki, bu barədə “Straits Times” yazır.

Qeyd olunur ki, hündürlüyü 1,7 metr olan dəzgahlar beş ildən artıq sınaqdan sonra istismara verilir. Layihənin müəlliflərinin sözlərinə görə, robotlar polis hadisə yerinə gələnə qədər bir müddət vəziyyətin həllinə kömək edəcək.

Robotlar kameralar, sensorlar, dinamiklər, displey, dönmə siqnalları və sirena ilə təchiz olunub, onlar avtonom patrul xidməti qabiliyyətinə malikdir və polis əməkdaşına mikrofon vasitəsilə vətəndaşlarla birbaşa əlaqə saxlamağa imkan verə bilir.

Sinqapur polisi Changi hava limanının 4-cü terminalında iki robotun yerləşdirildiyini bildirib. Robotlar patrulçularla birlikdə obyektin ərazisindəki vəziyyəti yoxlayır. Onlar həmçinin 360 dərəcə kamera üçün 2,3 metr hündürlüyə qalxan geri çəkilə bilən dirəklərlə təchiz olunub.

Mənbə: Haberler.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki