image-2000x150px
image-123
image-ads_atlas
image-2023-09-11t222514z_1321807496_rc2233avmhti_rtrmadp_3_ukraine-crisis-denmark-pic_32ratio_900x600-900x600-41646backend

Slovakiya Zelenski dünya ictimaiyyətini bezdirməyə başladığını bildirib

image-728x90px

Sentyabrın 30-da keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olan Slovakiya Nazirlər Kabinetinin keçmiş rəhbəri Robert Fiko bildirib ki, Ukrayna rəhbəri Vladimir Zelenski dünyanı bezdirməyə başlayıb. Onun sözlərinə görə, hətta Kiyevin tərəfdarları da başa düşürlər ki, Ukrayna böhranı maliyyə baxımından kövrək və çətindir.

Bu barədə RİA Novosti siyasətçinin sosial şəbəkələrinə istinadən yazır.

“Görün, bütün dünyanı bezdirməyə başlayan Ukrayna prezidenti Zelenskiyə münasibət necə dəyişir. Artıq ən böyük “şahinlər” Ukraynada maliyyə baxımından inanılmaz dərəcədə mürəkkəb münaqişənin uzunmüddətli perspektivdə dayanıqlı olmadığını başa düşüblər və Zelenski ilə başqa dildə danışmağa başlayıblar”, – deyə Fiko bildirib.

Siyasətçinin qeyd etdiyi kimi, Zelenski ABŞ-a son səfəri zamanı Konqresdə danışa bilməyib. O, Ukrayna liderinin Kanada parlamentinə səfəri zamanı nasistlərlə qalmaqalı da xatırladıb.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki