image-n1karobka_ads
image-123
image-2023-05-09t092832z_1009095676_rc2xu0aq4hqr_rtrmadp_3_eu-germany-pic_32ratio_1200x800-1200x800-63170backend

Şolz Almaniyanın müdafiə xərclərinin artdığını təsdiqləyib

image-ad_qayo_720x110px

Almaniya kansleri Olaf Şolz Almaniyanın 2024-cü ildə ÜDM-in 2%-ni müdafiəyə xərcləyəcəyini təsdiqləyib.

O, bu barədə Passauer Neue Presse qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırkı 100 milyard avroluq fond tükəndikdən sonra müdafiə büdcəsi çox güman ki, 25 milyard avrodan çox artırılmalı olacaq.

Bundan əvvəl bildirilmişdi ki, Olaf Şolz hökuməti Almaniyanın müdafiə xərclərini NATO standartına qədər 2%-ə çatdırmaq üçün iddialı planı yerinə yetirmək niyyətindədir.

Müdafiə xərclərinin büdcə və 100 milyard avroluq xüsusi fond hesabına artırılmasının planlaşdırıldığı vurğulanır.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki